Sabah hava necə olacaq? 20.10.2026

Sabah hava necə olacaq? 20.10.2026

Oktyabrın 20-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir. Azərbaycanın rayonlarında isə bəzi ərazilərdə yağış, dağlıq və dağətəyi bölgələrdə leysan, dolu və qar ehtimalı var.

Xəbəraxını xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxtda hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 16-19, gündüz 20-23 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcəyi, nisbi rütubətin isə 60-65 faiz təşkil edəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Əsasən dağlıq və dağətəyi ərazilərdə qısamüddətli, intensiv leysan, şimşək və dolu ehtimalı var. Yüksək dağlıq ərazilərdə qar yağacağı istisna edilmir. Yağıntıların gündüz tədricən kəsiləcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 16-20, gündüz 23-28 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 5-10, gündüz 12-16 dərəcə isti təşkil edəcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir