Astara rayonunda şəhid ailələri və əlilliyi olan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 74 mənzilin satın alınması nəzərdə tutulur.
Xəbəraxını xəbər verir ki, layihə üzrə müvafiq satınalma proseduru artıq yekunlaşıb.
Layihə çərçivəsində 37 birotaqlı və 37 ikiotaqlı mənzil alınacaq. Bağlanmış müqavilənin ümumi dəyəri 3 milyon 428 min 932 manat təşkil edir.
Qeyd edək ki, Azərbaycanda şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən mənzil və ya fərdi evlə təminat həyata keçirilir.
