Şəmkir rayonunun Zəyəm qəsəbəsində istixana ərazisində yanğın qeydə alınıb.
Yanğının söndürülməsi üçün əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Alov istixanada plastik tullantıların toplandığı sahədə baş verib. Yanğın qısa müddətdə nəzarətə alınaraq genişlənməsinə imkan verilmədən söndürülüb.
Hadisə zamanı yaxınlıqdakı tikili və istixana yanğından mühafizə olunub.
