Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər həyatını itirib, daha səkkiz nəfər isə xəsarət alıb. Hadisə ölkənin şərqində yerləşən Dammam şəhərində qeydə alınıb.
Xəbəraxını xəbər verir ki, oktyabrın 21-də axşam Kral Fəhd Beynəlxalq Hava Limanına hücum edilib. Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi insident nəticəsində bir nəfərin öldüyünü, səkkiz nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığını açıqlayıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı mübarizə aparan hökumət qüvvələrini dəstəkləyən ərəb koalisiyasına rəhbərlik edir. Husilər isə buna cavab olaraq krallığın infrastruktur obyektlərinə hücumlar həyata keçirirlər.
