Şəkinin Baş Küngüt kəndində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən hadisə baş verib.
İlkin məlumata görə, istirahət mərkəzində kanatın trosunun qırılması nəticəsində 30-31 yaşlarında Ucal Asif oğlu Bayramov və Coşqun Ceyhun oğlu Məmmədzadə həyatını itirib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
