Rusiyanın ən böyük limanına PUA hücumu olub

Rusiyanın ən böyük limanına PUA hücumu olub

Ukraynaya məxsus PUA-lar sentyabrın 9-na keçən gecə Rusiyanın ən böyük dəniz limanının yerləşdiyi Novorossiysk şəhərinə hücum edib.

Məlumata görə, hücumun əsas hədəfi dəniz ticarət limanına daxil olan Novorossiysk mazut terminalı olub. Terminal dəmir yolu ilə daşınan mazutu qəbul edir, saxlayır və gəmilərə yükləyir. Onun illik yükaşırma gücü təxminən 4 milyon tondur.

Hücum nəticəsində yanacaq çənlərindən ən azı birinin zədələndiyi bildirilir. Terminalın ərazisində güclü yanğın baş verib.

Bundan başqa, Volqoqradskaya küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında da yanğın qeydə alınıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir