Rusiyanın Barnaul şəhərində taksi sürücüsü ilə sərnişin arasında baş verən mübahisə atışma ilə nəticələnib.
Xəbəraxını.com xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, 53 yaşlı taksi sürücüsü mübahisə zamanı tapançadan sərnişinə üç dəfə atəş açıb.
Atəş açılan sərnişin hadisədən sağ çıxıb.
Polis əməkdaşları sürücünü saxlayıb. Faktla bağlı onun barəsində cinayət işi başlanıb.
