Rusiyada qadının qarın boşluğundan 17 kiloqramlıq şiş çıxarılıb

Rusiyada qadının qarın boşluğundan 17 kiloqramlıq şiş çıxarılıb

Rusiyanın Yekaterinburq şəhərində həkimlər qadının qarın boşluğundan 17 kiloqram ağırlığında nəhəng şiş çıxarıblar.

Bu barədə Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, qadın uzun müddət ərzində çəkisinin artmasını ciddi problem hesab etməyib və bunu yaşla əlaqələndirib.

O, yalnız həzm sistemində problemlər yarandıqdan sonra tibbi yardım üçün müraciət edib. Aparılan müayinələr zamanı onun qarın boşluğunda böyük ölçülü törəmə müəyyənləşdirilib.

Üç saat davam edən əməliyyat zamanı şiş daxili orqanlara zərər yetirilmədən tamamilə çıxarılıb.

Əməliyyatdan sonra qadının çəkisi birbaşa 17 kiloqram azalıb. O, hazırda səhhətinin yaxşılaşdığını bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir