Qusar rayonunda təcili tibbi yardım avtomobili yol-nəqliyyat hadisəsinə düşüb.
Hadisə Sərdar Səfərov və Mübariz İbrahimov küçələrinin kəsişməsində qeydə alınıb.
Məlumata görə, təcili tibbi yardım avtomobili ilə yük avtomobili toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb.
Toqquşma zamanı təcili tibbi yardım avtomobilinə maddi ziyan dəyib.
