Qurban Qurbanov “Fənərbağça”ya gedir? Türkiyə klubunun namizədləri açıqlandı

Qurban Qurbanov “Fənərbağça”ya gedir? Türkiyə klubunun namizədləri açıqlandı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin “Fənərbağça” klubunun yeni baş məşqçi postuna mümkün namizədlər arasında göstərilib.

Xəbəraxını xəbər verir ki, türkiyəli jurnalist və şərhçi Serdar Ali Çelikler İstanbul təmsilçisində İsmail Kartalın ayrılmasından sonra nəzərdən keçirilən namizədlərin adlarını açıqlayıb.

Siyahıda Qurban Qurbanovla yanaşı, Vinçentso Montella, Bülent Uyğun, Abdullah Avcı və Volkan Demirelin də adları yer alıb.

Qeyd edək ki, İsmail Kartalın ayrılmasından sonra “Fənərbağça”nın əsas komandasına müvəqqəti rəhbərlik Dirk Kayta həvalə edilib. Hələlik yeni baş məşqçinin kim olacağı ilə bağlı yekun qərar açıqlanmayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir