Bakıda təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalında Azərbaycan millisi növbəti qələbəsini qazanıb.
Xəbəraxını xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv C Divizionunda 81-96-cı yerlər uğrunda mübarizə çərçivəsində Cəbəllütariq yığması ilə qarşılaşıb.
Hövsan Yarış Kompleksində keçirilən görüş Azərbaycan millisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, yığmamız AF qrupunu 9 xalla üçüncü pillədə başa vuraraq C Divizionuna yüksəlib. Qrup mərhələsində Timor-Leste üzərində 6:0, Andorra üzərində 1:0, İsrail üzərində isə 3:1 hesablı qələbə qazanan komandamız Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə məğlub olub.
Azərbaycan millisi C Divizionundakı ilk oyununda Çiliyə 1:3 hesabı ilə uduzsa da, növbəti qarşılaşmada Cəbəllütariqi məğlub etməyi bacarıb.
