Qazax rayonunun Yuxarı Salahlı kəndində bıçaqlanma hadisəsi baş verib.
“Xəbəraxını” “Oxu.Az”a istinadən xəbər verir ki, hadisə toy mərasimlərindən birində baş verib.
Məlumata görə, 11-ci sinif şagirdi Sabir Vəliyev ilə 20 yaşlı Hümbət Omarov arasında toy zamanı mübahisə yaranıb.
Mübahisənin daha sonra əlbəyaxa davaya çevrildiyi və məktəblinin həmkəndlisini bıçaqladığı bildirilir.
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.
