Qazaxda 12 yaşlı qız avtomobilin altında qaldı

Qazaxda 12 yaşlı qız avtomobilin altında qaldı

Qazax rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtomobilin vurduğu 12 yaşlı qız xəstəxanaya yerləşdirilib.

Xəbəraxını xəbər verir ki,  hadisə rayonun Kosalar kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan VAZ-21015 markalı minik avtomobili yolu keçmək istəyən, 2014-cü il təvəllüdlü S.Xəlilovanı vurub.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir