“Qarabağ” klubunun beş əcnəbi futbolçusu qarşıdakı milli komandalararası oyunlar üçün öz ölkələrinin yığmalarına dəvət alıb.
Ağdam təmsilçisinin futbolçuları Bens Verkoni, Marko Yankoviç, Martin Zlomişliç, Renaldo Sefas və Bruno Lanqa milli komandalarının düşərgəsinə qoşulacaqlar.
Bens Verkoni Macarıstan, Marko Yankoviç Monteneqro, Martin Zlomişliç Bosniya və Herseqovina, Renaldo Sefas Yamayka, Bruno Lanqa isə Mozambik millisinin heyətinə çağırılıb.
Bununla yanaşı, “Qarabağ”ın Azərbaycan millisində çıxış edən futbolçuları Bədavi Hüseynov və Musa Qurbanlı da yığmanın düşərgəsinə dəvət alıblar.
Ağdam klubunun gənc oyunçularından Hikmət Cəbrayılzadə Azərbaycanın U-21, Əli Bəşirov isə U-19 milli komandasının heyətinə cəlb olunub.
Beləliklə, “Qarabağ”ın ümumilikdə doqquz futbolçusu müxtəlif milli komandaların qarşıdakı oyunlarında iştirak edə bilər.
