“Qarabağ” və “Neftçi” komandaları arasında keçirilən futbol matçından əvvəl və sonra insident yaratmağa cəhd göstərən 19 nəfər polis tərəfindən saxlanılıb.
Xəbəraxını xəbər verir ki,saxlanılan şəxslərlə bağlı aidiyyəti polis orqanında qanunvericiliyə uyğun tədbirlər görülür.
Əldə edilən məlumata görə, bir qrup azarkeş stadionun ətrafında fişənglərdən, digər pirotexniki vasitələrdən və şüşə qablardan istifadə edərək ictimai asayişi pozub.
Hadisə zamanı azarkeşlərdən birinin xəsarət aldığı barədə də məlumatlar var. Xəsarətin dərəcəsi və hadisənin digər təfərrüatları barədə əlavə məlumat verilməyib.
