Qara dənizdə azərbaycanlıların olduğu gəmi vurulub

Qara dənizdə azərbaycanlıların olduğu gəmi vurulub

Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu “TEDY” adlı xarici yük gəmisinə dron hücumu edilib.

Hadisə sentyabrın 9-da baş verib. Hücum nəticəsində Azərbaycan vətəndaşları Aslan Əliyev və Asim Qasımov həlak olub. İmran Novruzov və Rauf Əliyev isə xəsarət alıb.

Yaralılar Ukraynanın Çernomorsk şəhərindəki xəstəxanaya yerləşdirilib.

Hazırda məsələ ilə bağlı Azərbaycanın diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları arasında əlaqələndirmə aparılır. Yaralıların müalicə və tibbi müayinədən sonra Azərbaycana qaytarılması, onlara konsulluq dəstəyinin göstərilməsi, həmçinin həlak olanların cənazələri ilə bağlı prosedurların həyata keçirilməsi üçün tədbirlər görülür.

Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların davam etdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu ərazilərə səfər etməkdən, həmin bölgələrdə işləməkdən, eləcə də bu marşrutlarda fəaliyyət göstərən nəqliyyat vasitələrində, o cümlədən gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir