Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlar aparmaqdan imtina etməyib. Kreml rəsmisi Moskvanın bu məsələdə mövqeyinin dəyişmədiyini bildirib.
Xəbəraxını xəbər verir ki,bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov yerli mediaya müsahibəsində deyib.
Uşakovun sözlərinə görə, Zelenskidən telefon zəngi daxil olarsa, Putin ona cavab verəcək.
“Düşünürəm ki, əlbəttə, cavab verəcək. Putin bir dəfə də olsun danışıqlardan imtina etməyib”, – deyə o vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Volodimir Zelenski Rusiya rəhbərliyi ilə ərazi məsələlərini müzakirə etməyə hazır olduğunu açıqlayıb. Ukrayna Prezidenti bu mövzunu yalnız Vladimir Putinlə müzakirə edəcəyini, digər məsələlərin isə texniki qruplar səviyyəsində ele alına biləcəyini bildirib.
