Putin İlham Əliyev barədə danışdı: “Müasir və ağıllı insandır”

Putin İlham Əliyev barədə danışdı: “Müasir və ağıllı insandır”

Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin yekunlarına dair keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə bağlı fikirlər səsləndirib.

Putin Azərbaycan Prezidentini “müasir və ağıllı insan” kimi xarakterizə edib.

Rusiya lideri bildirib ki, 2023-cü ildən əvvəl Qərb ölkələrinin nümayəndələri ilə görüşləri zamanı Qarabağda yaşayan ermənilərin gələcəyi məsələsi də müzakirə olunub.

Onun sözlərinə görə, həmin görüşlərdə Qərb nümayəndələrinə Qarabağ erməniləri ilə bağlı heç bir təminatın nəticə verməyəcəyini deyib:

“Onlara dedim ki, heç nə təmin edə bilməyəcəksiniz. İnsanlar sadəcə gedəcəklər və bu qədər”.

Putin qeyd edib ki, həmin müzakirələr zamanı Qərb nümayəndələri Qarabağı Azərbaycanın ərazisi kimi qəbul etdiklərini bildiriblər.

Rusiya Prezidenti əlavə edib ki, sonrakı hadisələr onun əvvəlcədən söylədiyi ssenari üzrə inkişaf edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir