Sentyabrın 2-də Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
“Azərişıq” ASC-dən bildirilib ki, artan yük tələbatının qarşılanması və elektrik enerjisinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məqsədilə transformator məntəqələrində təmir işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində Abbas Mirzə Şərifzadə, Çuxursəd, Elşən Müslümov, Əjdər Ağayev, Məhəmməd Xiyabani və Mirəli Seyidov küçələrinin, həmçinin Bakı kənar dairəvi yolunun bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində isə Ağa Nemətulla, Arif Hacıyev və Arif Heydərov küçələrinin bəzi hissələrində saat 09:00-dan 13:00-dək elektrik enerjisinin verilişi dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunacağı bildirilib.
