Psixiatriya xəstəxanasından yayılan görüntülər narazılıq yaratdı – Nazirlikdən AÇIQLAMA

Psixiatriya xəstəxanasından yayılan görüntülər narazılıq yaratdı – Nazirlikdən AÇIQLAMA

Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Psixiatriya Xəstəxanasında lentə alınan görüntülərin sosial şəbəkələrdə yayılması müzakirələrə səbəb olub.

Xəbəraxını Bizim.Media-ya istinadən xəbər verir ki, paylaşılan kadrlarda xəstəxanada müalicə alan şəxslərin görüntülərinin çəkilərək sosial şəbəkələrdə əyləncə və gülüş mövzusu kimi təqdim edildiyi görünür. Qapalı tibb müəssisəsində çəkilişin kim tərəfindən və hansı şəraitdə aparılması da suallar yaradıb.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, yayılan videogörüntülər əvvəlki dövrə aiddir.

Nazirliyin açıqlamasında qeyd olunub ki, həmin vaxt məsələ ilə bağlı araşdırma aparılıb, qanun pozuntularına yol verən və çəkilişi həyata keçirən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir