Gələn ildən ölkədə minimum əməkhaqqı və pensiyalar qaldırılacaq. Həmçinin sosial müavinətlərdə də artım olacaq.
Xəbəraxın xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib.
“Bu siyasəti biz müntəzəm aparırıq ki, Azərbaycan xalqının rifahı ildən-ilə yaxşılaşsın”, – deyə dövlət başçısı vurğulayıb.
