Ağdam rayonunun Səfərli kəndində 15 yaşlı qızın ailəsindən xəbərsiz yaşadığı evi tərk etməsi ilə bağlı polisə müraciət daxil olub.
2011-ci il təvəllüdlü S. Soltanovanın (şərti ad) evlənmək məqsədilə tanış olduğu şəxslə birlikdə getdiyi bildirilir. Ailə üzvləri onun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Xəbəraxını “Qafqazinfo”ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan bildirilib. Məlumata görə, oktyabrın 2-də Ağdam rayon sakini nəvəsinin gecə saatlarında yaşadığı evdən çıxması ilə bağlı “102” Xidməti-Zəng Mərkəzinə müraciət edib.
Hazırda faktla bağlı Ağdam Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır. Qızın olduğu yerin müəyyən edilərək tapılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
