Paşinyan: Azərbaycan və Türkiyə ilə kommunikasiya və ticarət layihələri üzərində işləyirik

Paşinyan: Azərbaycan və Türkiyə ilə kommunikasiya və ticarət layihələri üzərində işləyirik

Ermənistan Azərbaycan və Türkiyə ilə regionda kommunikasiya xətlərinin inkişafı və ticarət layihələrinin həyata keçirilməsi istiqamətində əməkdaşlıq edir.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının “ŞƏT plyus” formatında keçirilən görüşündə deyib.

Paşinyan bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh ötən il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda əldə olunan razılaşmalar çərçivəsində yeni mərhələyə keçib. Həmin sammitdə Azərbaycan və Ermənistan liderləri sülh sazişinin mətnini ilkinləşdirib və birgə deklarasiya imzalayıblar.

Ermənistan hökumətinin başçısının sözlərinə görə, yaxın aylarda kommunikasiya və ticarət sahəsində nəzərdə tutulan layihələrin reallaşdırılmasına başlanacaq.

O qeyd edib ki, bu təşəbbüslər Xəzər hövzəsi ilə Fars körfəzi arasında əlaqələrin genişləndirilməsi üçün əlavə imkanlar yaradacaq və regionun bütün ölkələrinin maraqlarına xidmət edəcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir