Xəbəraxını xəbər verir ki, Azərbaycanın cüdoçusu Ömər Rəcəbli Bakıda təşkil olunan dünya çempionatında fəxri kürsüyə yüksəlib.
İdmançımız üçüncü yer uğrunda qarşılaşmada Qazaxıstan təmsilçisi Abilayxan Zubanazarla üz-üzə gəlib.
Rəcəbli görüşü inamlı şəkildə keçirərək rəqibini ipponla məğlub edib. Bununla da Azərbaycan cüdoçusu dünya çempionatının bürünc medalına sahib olub.
Beləliklə, Ömər Rəcəbli Bakıda keçirilən mundialı üçüncü pillədə başa vurub.
