Oğuzda narkotik və silah əməliyyatı: 3 nəfər saxlanıldı

Oğuzda narkotik və silah əməliyyatı: 3 nəfər saxlanıldı

Oğuz rayonunda narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası, həmçinin qanunsuz odlu silah saxlanması ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

Xəbəraxını xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin məlumatına görə, keçirilən tədbirlər nəticəsində S. İbrahimov, E. İsmayılov və T. Haşımov saxlanılıb.

Əməliyyat zamanı saxlanılan şəxslərdən narkotik vasitələr, onların kultivasiya etdiyi narkotik tərkibli bitkilər və odlu silahlar aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir