ABŞ-ın Nyu-York şəhərinin Bruklin bölgəsində ikimərtəbəli yaşayış evində baş verən yanğın faciə ilə nəticələnib. Hadisə zamanı ilkin məlumata görə, 6 nəfər həyatını itirib, 7 nəfər xəsarət alıb.
Xəbəraxını xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Nyu-York Yanğın Departamentinin açıqlamasına əsasən, yanğın Sunset Park məhəlləsində yerləşən evdə gecə saatlarında başlayıb. Hadisə yerinə 200-dən çox yanğınsöndürən cəlb olunub.
Təxminən üç saat davam edən müdaxilədən sonra alovun qarşısı alınıb. Yaralanan 7 nəfərdən 3-nün yanğınsöndürən olduğu bildirilir.
Yanğının başvermə səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.
