Noyabrdan bu avtobuslar dəyişir

Noyabrdan bu avtobuslar dəyişir

Noyabrın 1-dən metronun “Memar Əcəmi” stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir.

Xəbəraxını xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata əsasən, 156 nömrəli marşrut üzrə 10 ədəd “İsuzu Citibus” markalı, 156A nömrəli marşrut üzrə isə 4 ədəd “İsuzu HC45” markalı müasir və komfortlu avtobus daşımalara cəlb ediləcək.

Hər iki marşrut nağdsız qaydada fəaliyyət göstərəcək. Gedişhaqqı 0,50 manat müəyyən edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir