Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə təbrik edib.
Xəbəraxını xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” sosial şəbəkə hesabında paylaşım edilib.
Nazirliyin təbrik mesajında qardaş Türkiyə xalqına və dövlətinə səmimi arzular çatdırılıb, ölkənin qurucusu Mustafa Kamal Atatürk və azadlıq uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad olunub.
Paylaşımda bildirilib:
“29 Oktyabr – Türkiyə Respublikasının əsasının qoyulmasının 103-cü ildönümü münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik.
Bu əlamətdar gündə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkü, eləcə də ölkənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edirik.
Türkiyənin Cümhuriyyət Bayramı mübarək olsun!”
