2026-cı ilin noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ümumilikdə 11 qeyri-iş günü nəzərdə tutulub.
Xəbəraxını xəbər verir ki, bu barədə 2026-cı ilin istehsalat təqvimində qeyd olunub.
Belə ki, noyabrın 8-də Zəfər Günü, noyabrın 9-da isə Dövlət Bayrağı Günü qeyd ediləcək. Zəfər Gününün bazar gününə təsadüf etməsi ilə əlaqədar istirahət günü noyabrın 10-na keçiriləcək.
Nəticədə, beşgünlük iş həftəsi ilə çalışanlar noyabrın 7-dən 10-dək ardıcıl dörd gün istirahət edəcəklər. İşə qayıdış noyabrın 11-də olacaq.
Altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə ay ərzində ümumilikdə 7 qeyri-iş günü nəzərdə tutulub.
Qeyd edək ki, noyabrın 12-də qeyd olunan Konstitusiya Günü və noyabrın 17-də qeyd olunan Milli Dirçəliş Günü rəsmi bayram günləri olsa da, iş günü hesab edilir.
