Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyaya rəsmi səfərə gedib. Səfər çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı və bir sıra mühüm məsələlərin müzakirəsi planlaşdırılır.
Xəbəraxını xəbər verir ki, Türkiyə Prezident Administrasiyası səfərlə bağlı açıqlama yayıb.
Ərdoğan Cənubi Koreya Prezidenti Li Çje Myonqun dəvəti ilə Seula yollanıb. Türkiyə liderinin səfəri noyabrın 4-dək davam edəcək.
Proqram çərçivəsində Ərdoğanın Cənubi Koreya Prezidenti ilə rəsmi görüşü nəzərdə tutulub.
Danışıqlarda Türkiyə ilə Cənubi Koreya arasında strateji tərəfdaşlığın bütün istiqamətlərinin nəzərdən keçirilməsi, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılması gözlənilir. Tərəflərin, həmçinin ikitərəfli münasibətlərin hüquqi-müqavilə bazasını gücləndirməyə yönələn bir sıra sazişlər imzalaması planlaşdırılır.
