Nigar Fərhad sərbəst buraxılıb

Nigar Fərhad sərbəst buraxılıb

Çoxsaylı vətəndaş şikayətləri əsasında saxlanılan “AİD Group” şirkətinin təsisçisi Nigar Fərhad sərbəst buraxılıb.

O, bir neçə saat ərzində izahat verdikdən sonra azadlığa buraxılıb. Hazırda onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən tələb irəli sürülməyib. Bununla yanaşı, “AİD Group”la bağlı cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsinin icraatına verilib. İş üzrə Nigar Fərhad, onun həyat yoldaşı Samir Yəhyazadə və digər şəxslərlə bağlı araşdırmalar prokurorluq tərəfindən aparılır.

Nigar Fərhad barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) üzrə cinayət təqibinin həyata keçirildiyi bildirilir. O, hazırda istintaq nəzarəti altında sərbəstdir.

Məlumata görə, Fərhada vətəndaşlara dəymiş ziyanın ödənilməsi tapşırılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir