Kəlbəcər rayonunda intensiv leysan yağışla müşayiət olunan dolu yağıb.
Avqustun 28-də saat 14:42-14:55 radələrində rayon mərkəzinə diametri 10-12 millimetr olan dolu düşüb.
Təbii hadisə rayonun İstisu qəsəbəsi və Alagöllər ərazisində də qeydə alınıb. Həmin ərazilərə saat 15:02-15:16 radələrində diametri 15-20 millimetr olan dolu yağıb.
Məlumat avqustun 28-i saat 15:30-a olan müşahidələrə əsaslanır.
