Niga Fərhadın həyat yoldaşını DTX həbs edib

Niga Fərhadın həyat yoldaşını DTX həbs edib

Nigar Fərhadın saxlanılması “AİD Group” məsələsini yenidən gündəmə gətirib

Teleaparıcı Nigar Fərhadın ötən gün saxlanılması onun rəhbərlik etdiyi “AİD Group” şirkəti ətrafında yaranmış vəziyyətə diqqəti yenidən artırıb.

Xaricdə təhsil agentliyinin rəhbərliyinə qarşı açılmış cinayət işi çərçivəsində şirkətin xidmətlərindən narazı qalan şəxslərin müraciətlərinin artdığı bildirilir. Zərərçəkənlər iddialarını sosial şəbəkələrdə də paylaşaraq məsələni ictimailəşdirirlər.

Məlumata görə, Nigar Fərhadın həyat yoldaşı Samir Yəhyazadə də daha əvvəl hüquq-mühafizə orqanlarının diqqətində olub. Baku.es-in yaydığı xəbərə əsasən, Yəhyazadə bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Nigar Fərhad isə daxil olan çoxsaylı vətəndaş şikayətləri əsasında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda onun cinayət məsuliyyətinə cəlb olunması istiqamətində araşdırmalar aparılır.

Bildirilib ki, gün ərzində Nigar Fərhad barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat göndərilməsi gözlənilir.

Qeyd edək ki, “AİD Group” xaricdə təhsil xidmətləri göstərən şirkətlərdən biridir. Şirkətə rəhbərlik edən Nigar Fərhad Harvard Universitetində təhsil aldığını bildirib. O, bundan əlavə, müxtəlif televiziya kanallarında aparıcı kimi fəaliyyət göstərib və efirdə səsləndirdiyi bir sıra fikirlərlə daha əvvəl də ictimai müzakirələrə səbəb olub.

Samir Yəhyazadənin isə əsasən ABŞ-ın Nyu-York şəhərində yaşadığı və peşəkar İT mütəxəssisi olduğu qeyd edilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir