Naxçıvanda 250 min manatdan çox dələduzluq edən şəxs saxlanılıb

Naxçıvanda 250 min manatdan çox dələduzluq edən şəxs saxlanılıb

Naxçıvanda dövlət qurumunun adından istifadə etməklə 250 min manatdan artıq vəsaiti dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən şəxs tutulub.

Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı İlkin Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı onun vətəndaşlara obyekt tikintisinə sərəncam verilməsi ilə bağlı dövlət qurumunun adından saxta sənəd hazırlayaraq təqdim etdiyi müəyyənləşdirilib. Şübhəli şəxsin bu üsulla ümumilikdə 250 min manatdan çox pul əldə etdiyi bildirilir.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb. Hazırda araşdırma davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir