Naxçıvan-Şahbuz magistralında bir neçə avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Qəza zamanı “Hyundai”, “KIA”, “Niva” və “Mercedes” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Yaralanan Gülər Bayramova və Fidan Abdullazadə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı hazırda araşdırma aparılır.
