Misli Premyer Liqasında VIII turun oyunlarına bu gün iki qarşılaşma ilə start veriləcək. İlk oyun günündə “Şamaxı” və “Şəfa”, eləcə də “Sumqayıt” və “Araz-Naxçıvan” komandaları üz-üzə gələcəklər.
Xəbəraxını xəbər verir ki, turun ilk matçında “Şamaxı” doğma meydanda “Şəfa”nı qəbul edəcək. Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 15:00-da başlayacaq.
Günün ikinci qarşılaşmasında isə “Sumqayıt” “Araz-Naxçıvan”la qarşılaşacaq. “SOCAR Polymer Arena”da təşkil olunacaq matçın start fiti saat 19:00-da səslənəcək.
Qeyd edək ki, Misli Premyer Liqasının VIII turu oktyabrın 18-də başa çatacaq. Tur çərçivəsində növbəti günlərdə daha dörd oyun keçiriləcək.
