Misli Premyer Liqasının VI turu çərçivəsində bu gün daha iki qarşılaşma keçiriləcək.
Günün ilk oyununda “Turan Tovuz” doğma meydanda “Zirə” ilə üz-üzə gələcək. Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 17:30-da başlayacaq.
Tur öncəsi “Turan Tovuz” 8 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. “Zirə” isə 10 xalla dördüncü sıradadır.
Günün digər matçında “Sabah” “İmişli”ni qəbul edəcək. “Bank Respublika Arena”da keçiriləcək qarşılaşmanın startı saat 19:45-ə nəzərdə tutulub.
Hazırda “Sabah” 12 xalla üçüncü pillədədir və komandanın ehtiyatda bir oyunu da var. “İmişli” isə 4 xalla səkkizinci sırada yer alır.
VI turun oyunları
17:30 — “Turan Tovuz” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nicat İsmayıllı
VAR: Əli Əliyev
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Asif Əliyev
Məkan: Tovuz şəhər stadionu
19:45 — “Sabah” – “İmişli”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Məkan: “Bank Respublika Arena”
Qeyd edək ki, VI tura sentyabrın 20-də keçiriləcək qarşılaşmalarla yekun vurulacaq. Ötən gün “Neftçi” “Qəbələ”ni 3:0, “Qarabağ” isə “Şəfa”nı 1:0 hesabı ilə məğlub edib.
