Azərbaycan cüdo millisinin dünya çempionatı üçün ilkin heyəti açıqlanıb

Azərbaycan cüdo millisinin dünya çempionatı üçün ilkin heyəti açıqlanıb

Azərbaycanın cüdo millisinin oktyabrın 4-11-də Bakıda keçiriləcək dünya çempionatı üçün ilkin heyəti açıqlanıb.

İlin ən mötəbər cüdo yarışında Azərbaycanı 12 çəki dərəcəsində 23 cüdoçu – 17 kişi və 6 qadın təmsil edəcək.

Milli komanda performans direktoru, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç, qadınlardan ibarət komandanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi ilə mübarizə aparacaq.

Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatında fərdi yarışlar oktyabrın 4-dən 10-dək, qarışıq komanda yarışı isə oktyabrın 11-də təşkil olunacaq.

Azərbaycan millisinin ilkin heyəti:

Qadınlar

-48 kq: Şəfəq Həmidova, Könül Əliyeva

-52 kq: Gültac Məmmədəliyeva

-57 kq: Xədicə Qədəşova

-70 kq: Südabə Ağayeva

+78 kq: Madina Kaisinova

Kişilər

-60 kq: Balabəy Ağayev, Əhməd Yusifov

-66 kq: Ruslan Paşayev, Turan Bayramov, Nizami İmranov

-73 kq: Hidayət Heydərov, Rəşid Məmmədəliyev

-81 kq: Zelim Tçkayev, Ömər Rəcəbli, Vüsal Qələndərzadə

-90 kq: Murad Fətiyev, Elcan Hacıyev, Süleyman Şükürov

-100 kq: Zelim Kotsoyev

+100 kq: Uşanqi Kokauri, Kənan Nəsibov, Camal Qamzatxanov

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir