Misli Premyer Liqasında V turun oyunları davam edir.
Turun proqramına əsasən, bu gün daha iki qarşılaşma baş tutacaq.
Günün ilk oyununda “Araz-Naxçıvan” doğma meydanda “Turan Tovuz”la qarşılaşacaq. Turun mərkəzi görüşündə isə “Zirə” komandası “Qarabağ”ı qəbul edəcək.
13 sentyabr (bazar)
16:30. “Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Müslüm Əliyev
Məkan: Şamaxı şəhər stadionu
19:00. “Zirə” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Rauf Cabarov
VAR: Rəvan Həmzəzadə
AVAR: Tərlan Talıbzadə
Məkan: Zirə İdman Kompleksinin stadionu
