Milli Məclis bu gün toplanır: Gündəliyə bu 12 məsələ daxil edilib

Milli Məclis bu gün toplanır: Gündəliyə bu 12 məsələ daxil edilib

Oktyabrın 27-də Milli Məclisin növbəti plenar iclası keçirilir. Deputatlar iclas zamanı 12 məsələni müzakirə edəcəklər.

Xəbəraxını xəbər verir ki, gündəliyə daxil edilən məsələlər arasında əmək qanunvericiliyi, aviasiya, bank sektoru, qiymətli kağızlar bazarı, miqrasiya və ətraf mühitin mühafizəsi ilə bağlı qanun layihələri yer alır.

İclasda müzakirəyə çıxarılacaq məsələlərin tam siyahısı belədir:

  1. Əmək Məcəlləsində və “Aviasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi – üçüncü oxunuş.
  2. “Texniki tənzimləmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi – üçüncü oxunuş.
  3. “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi – üçüncü oxunuş.
  4. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi – ikinci oxunuş.
  5. “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi – ikinci oxunuş.
  6. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi – ikinci oxunuş.
  7. “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi – ikinci oxunuş.
  8. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi – ikinci oxunuş.
  9. Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi – birinci oxunuş.
  10. Mülki Prosessual Məcəlləsində və İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi – birinci oxunuş.
  11. “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi – birinci oxunuş.
  12. Mülki Məcəllədə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi – birinci oxunuş.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir