Oktyabrın 30-da Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçiriləcək. Toplantının gündəliyində ombudsmanın seçilməsi məsələsi yer alıb.
Xəbəraxını xəbər verir ki,iclasda “Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında” məsələ müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Azərbaycanda ombudsman Prezidentin təqdim etdiyi üç namizəd arasından Milli Məclis tərəfindən seçilir. Seçilmək üçün namizəd deputatların azı 83 səsini toplamalıdır. Prosedur müvafiq Konstitusiya Qanunu ilə tənzimlənir.
Hazırda bu vəzifəni Səbinə Əliyeva icra edir. O, 2019-cu ilin noyabrında ombudsman seçilib.
