Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihələri çərçivəsində 13 qeyri-yaşayış obyekti hərrac yolu ilə satışa çıxarılacaq.
Xəbəraxını.com Report-a istinadən xəbər verir ki, satışa çıxarılan obyektlər 1-ci və 2-ci Yasamal Yaşayış Komplekslərində, həmçinin 2-ci Hövsan Yaşayış Kompleksində yerləşir.
Bildirilib ki, hərraca Agentliyə məxsus MİDA MMC-nin xüsusi mülkiyyətində olan ümumilikdə 13 qeyri-yaşayış obyekti və onlara aid zirzəmi sahələri çıxarılacaq.
Hərrac qanunvericiliyin tələblərinə uyğun olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Hərracların Təşkili Mərkəzi tərəfindən keçiriləcək.
