Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq – Yeni kampaniya

Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq – Yeni kampaniya

“BakıKart” və “Mastercard”ın birgə kampaniyası çərçivəsində sərnişinlər metro və avtobuslarda hər dördüncü gediş üçün cəmi 1 qəpik ödəyəcəklər.

Xəbəraxını xəbər verir ki, bu barədə “BakıKart” məlumat yayıb.

Kampaniya Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən emissiya edilmiş “Mastercard” kartları ilə “Apple Pay” və “Google Pay” üzərindən həyata keçirilən təmassız (NFC) ödənişlərə aiddir.

Qaydalara əsasən, sərnişin üç gedişi standart tariflə ödədikdən sonra növbəti, yəni dördüncü gedişdən güzəştli qiymətlə yararlana biləcək. Bu zaman kart hesabından cəmi 0,01 manat tutulacaq.

Güzəştdən istifadə etmək üçün bütün gedişlərin eyni gündə həyata keçirilməsi şərt deyil. Sərnişin üç gedişi müxtəlif günlərdə də edə bilər.

Bir kart üzrə təqvim ayı ərzində maksimum beş dəfə 1 qəpiklik gediş imkanı təqdim olunur. Üç ödənişli gediş tamamlandıqdan sonra yaranan güzəşt hüququndan isə 30 gün ərzində istifadə edilməlidir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir