Messi MLS tarixində unikal rekorda imza atıb

Messi MLS tarixində unikal rekorda imza atıb

“İnter Mayami”nin argentinalı ulduzu Lionel Messi MLS tarixində daha bir diqqətçəkən göstəriciyə nail olub.

Messi “Atlanta Yunayted”lə ev matçında 2:2 hesablı heç-heçədə komandasının qollarından birinə məhsuldar ötürmə ilə töhfə verib. Bu assistdən sonra onun cari mövsümdə qol və məhsuldar ötürmələrinin sayı 30-a yüksəlib. Argentinalının hesabında 18 qol və 12 assist var.

Beləliklə, Lionel Messi MLS-də üç fərqli mövsümdə ən azı 30 qola birbaşa töhfə verən ilk futbolçu olub.

“Atlanta Yunayted”lə qarşılaşma Messinin Argentina millisində karyerasını başa vurduğunu açıqlamasından sonra “İnter Mayami”nin heyətində keçirdiyi ilk oyun kimi də diqqət çəkib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir