Masazırda yaşayış kompleksinin həyətində 4 avtomobil yandı

Masazırda yaşayış kompleksinin həyətində 4 avtomobil yandı

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yaşayış komplekslərindən birinin həyətində yanğın baş verib. Hadisə nəticəsində bir neçə avtomobilə ziyan dəyib.

Xəbəraxını Oxu.az-a istinadən xəbər verir ki, yanğın “Yeni Bakı” yaşayış massivində qeydə alınıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub və alov qısa müddətdə söndürülüb.

Məlumata görə, “Mercedes”, “Lada” və “Hyundai” markalı avtomobillərin yanar hissələri, “Renault” markalı avtomobil isə qismən yanıb. Yüksək temperaturun təsirindən “BAIC” markalı avtomobilin arxa işığı da qismən əriyib.

Hadisənin başvermə səbəbi barədə əlavə məlumat açıqlanmayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir