Gələn il aprelin 1-dən etibarən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka köçürə biləcəklər.
Xəbəraxını xəbər verir ki, bu barədə hüquqşünas və maliyyə eksperti Əkrəm Həsənov sosial şəbəkə hesabında paylaşım edib.
Yeni imkan vətəndaşlara maaş hesablarını seçdikləri bankda saxlamaq və bank xidmətlərindən daha sərbəst istifadə etmək imkanı verəcək.
