Məktəbli forması ilə bağlı münaqişə: 37 nəfər həbs edildi

Məktəbli forması ilə bağlı münaqişə: 37 nəfər həbs edildi

Bakıda dövlət məktəblərində vahid məktəbli geyimi qaydalarının tətbiqi zamanı yaranan münaqişələrlə əlaqədar 37 nəfər həbs olunub.

Xəbəraxını  247press.media-ya əsasən xəbər verir ki , bir qrup şəxs məktəblərdə vahid geyim qaydalarının icrası ilə bağlı təhsil işçiləri ilə mübahisəli vəziyyət yaradıb, dövlət təhsil müəssisələrinə zərər vurub. Həmin şəxslərin ictimai qaydanı kobud şəkildə pozmağa, nəqliyyatın hərəkətinə və məktəblərin normal fəaliyyətinə mane olmağa cəhd göstərdiyi bildirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 233-cü maddəsi — ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya belə hərəkətlərdə fəal iştirak etmə maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə 37 nəfər həbs edilib.

DİN-in açıqlamasında qeyd olunub ki, görülən tədbirlərin məqsədi qanunvericiliyin tələblərinin yerinə yetirilməsini təmin etmək, ictimai asayişin pozulmasının qarşısını almaq, məktəblərin normal fəaliyyətini qorumaq, şagirdlərin, müəllimlərin və digər vətəndaşların təhlükəsizliyini təmin etməkdir.

Nazirlik vətəndaşları qanunvericiliyə əməl etməyə, ictimai qaydanı pozan və başqalarının hüquqlarına zərər vuran hərəkətlərdən çəkinməyə çağırıb. Bildirilib ki, təhsil müəssisələrində təhlükəsizliyin və normal fəaliyyətin təmin olunması istiqamətində tədbirlər davam etdiriləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir