Azərbaycanda pensiya ödənişlərinə ayrılan vəsaitin həcmi artıb. Bu ilin ilk doqquz ayında pensiyaların ödənilməsi üçün 5 milyard 874 milyon manat vəsait yönəldilib.
Xəbəraxını xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verilib.
Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə pensiya ödənişlərinə ayrılan vəsait 548 milyon manat və ya 10 faiz çox olub.
Məlumata görə, 2026-cı ilin əvvəlindən əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb. Oktyabrın 1-nə olan göstəriciyə əsasən, ölkə üzrə orta aylıq pensiya məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz yüksələrək 596 manata çatıb. Yaşa görə orta aylıq pensiya isə 634 manat təşkil edib.
Nazirliyin məlumatında elektron pensiya təyinatları ilə bağlı göstəricilər də açıqlanıb. Belə ki, bu ilin yanvar-sentyabr aylarında 28 min pensiya elektron sistem üzərindən proaktiv qaydada təyin olunub. 2019-cu ilin əvvəlindən bu yana elektron sistem vasitəsilə təyin edilən pensiyaların ümumi sayı isə 206 minə çatıb.
