Leyla Əliyeva Madriddə ispan dilində çıxış edib

Leyla Əliyeva Madriddə ispan dilində çıxış edib

Madriddə yerləşən Pons Fondunda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılış mərasimi keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, İspaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, incəsənət xadimləri və yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Leyla Əliyeva mərasimdə ispan dilində çıxış edərək MAMA “Ana təbiət” beynəlxalq layihəsinin əhəmiyyətindən danışıb. O xatırladıb ki, sərgi ilk dəfə COP29 çərçivəsində Bakıda təqdim olunub, daha sonra müxtəlif ölkələrdə nümayiş etdirilib.

Fondun vitse-prezidenti bildirib ki, layihə təbiətin qorunması, ətraf mühitə münasibət və gələcəyimizlə bağlı mühüm mesajlar verir.

Təbiət bizim anamızdır. O, bizə torpaq, su və hava bəxş edir. Lakin bütün bunlara baxmayaraq, biz insanlar təbiətin bəxş etdiyi bu nemətlərə zərər verməkdə davam edirik. Bu sərgi daha yaxşı gələcəyə doğru atılan növbəti addımdır”, – deyə Leyla Əliyeva vurğulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir