Lənkəranda balıq tutmağa gedən 57 yaşlı kişi həyatını itirib. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
Xəbəraxını Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Ürgə kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, Liman şəhər sakini, 1969-cu il təvəllüdlü Fizuli Həsənov kənd ərazisindən keçən Viravul çayında balıq tutarkən naməlum şəraitdə ölüb.
Kişinin meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib. Onun elektrik cərəyanının təsiri nəticəsində həyatını itirdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
